Xəzər 3 ölkə arasında bölündü

Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda “Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı” olduğu qeyd olunur.
“Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib”, - Rusiya XİN-in xüsusi nümayəndəsi bildirib.
AzVision.az