`Qarabağın həlli ABŞ üçün prioritet deyil` - Brayzadan gözlənilməz açıqlama

`Qarabağın həlli ABŞ üçün prioritet deyil` - Brayzadan gözlənilməz açıqlama
  12 May 2016    Oxunub:7262
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaq istəmir.

AzVision.az `Trend`-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Brayzanın sözlərinə görə, Rusiya bu məsələdə daha aktiv rol oynayır: “Prezident Obama son 20 ildən artıq müddətdə təmas xəttində baş verən ən böyük gərginliklə əlaqədar bəyanatla çıxış etməyib”.

Sabiq səfirin fikrincə, bununla da ABŞ Rusiyaya regionda liderlik etməyə imkan verir ki, bu da Vaşinqtonun səhvidir.

Brayza əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərilməlidir, lakin belə görünür ki, bu münaqişənin həlli ABŞ üçün prioritet deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti