Ruslar kimi dəstəkləyir: Azərbaycanı, yoxsa Ermənistanı? (SORĞU)

Ruslar kimi dəstəkləyir: Azərbaycanı, yoxsa Ermənistanı? (SORĞU)
  12 May 2016    Oxunub:6553
Rusiya vətəndaşları inanırlar ki, onların ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına kömək edə bilər.

AzVision.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Ümumrusiya Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğu Rusiyanın 46 regionunda 130 yaşayış məntəqəsində 1,6 min insan arasında keçirilib.

Sosioloqlar ruslardan onların Dağlıq Qarabağda silahlı qarşıdurmanın yenidən gərginləşməsindən xəbərləri olub-olmadığını soruşub

Məlum olub ki, rusların 72%-i faizi cəbhə xəttində baş verənlərdən xəbəri var. Bu göstərici ötən ilki göstəricini (45%) xeyli üstəliyib.

Bundan əlavə rusların 71 faizi Qarabağ münaqişəsinin sülh yolu ilə öz həllini tapacağına ümid edir. Ötən il bu göstərici 57% olub. Rəyi soruşulanların 15% faizi isə buna inanmır.

Bu gün rusların 44%-i hesab edir ki, bu münaqişədə Rusiya qan tökülməsinin qarşının alınması üçün vasitəçi rolunu oynamalıdır.

Həmçinin sorğu nəticəsində məlum olub ki, rusların 44%-i hesab edir ki, Qarabağ münaqişəsində Rusiya qan tökülməsinin qarşının alınması üçün vasitəçi rolunu oynamalıdır. Ötən il isə bu göstərici 25% olub.

Rəyi soruşulanların 36%-i düşünür ki, Rusiya öz neytrallığını qorumalı və hadisələri kənardan izləməlidir. 2014-cü ildə bu göstərici 60% olub.

Rusların cəmi 4%-i ölkələrinin bu münaqişədə Ermənistanın, 2%-i isə Azərbaycanın yanında olmalı olduğunu bildirib.

Rəyi soruşulanların 26%-i qondarma “Dağlıq Qarabağ Respublikası”nı “müstəqil dövlət” hesab edir. Respondentlərin 11%-i Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, 13%-i isə Ermənistanın ərazisi olduğu düşünür.

Rəyi soruşulanların 47%-i Qarabağın hansı ölkəyə aid olmasını müəyyənləşdirməkdə çətinlik çəkib.

Ümumilikdə sorğuda iştirak edənlərin 18%-i düşünür ki, Rusiyanın strateji maraqları üçün Dağlıq Qarabağ münaqişəsinin heç bir əhəmiyyəti yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti