Həmsədlərin Qarabağ bəyanatı: `Prezidentlər görüşməlidir`

“Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb”, - deyə bəyanatda vurğulanır.
Xarici işlər nazirləri bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar.
“Cəbhə xəttində zorakılığın davam etdiyi bir vaxtda danışıqlar prosesində heç bir uğur əldə oluna bilməz və danışıqlar olmadan sülhə nail olmaq bilməz. Biz bir daha bildiririk ki, münaqişənin hərbi yolla həlli yoxdur”.
Eldar Tanrıverdiyev
AzVision.az