KİV: Əliyevlə Sarkisyan gələn həftə görüşəcək

KİV: Əliyevlə Sarkisyan gələn həftə görüşəcək
  12 May 2016    Oxunub:2987
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.

AzVision.az-ın məlumatına görə, bunu `TASS` agentliyinə İrəvandan olan diplomatik mənbə bildirib.

“Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - deyə mənbə vurğulayıb.

Görüşün əsas müzakirə mövsuzu Qarabağ münaişəsinin həlli olacaq.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu bu gün yaydıqları birgə bəyanatda prezidentlərin görüşməsinin vaxtının çatdığını bildiriblər.

“Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb.Cəbhə xəttində zorakılığın davam etdiyi bir vaxtda danışıqlar prosesində heç bir uğur əldə oluna bilməz və danışıqlar olmadan sülhə nail olmaq bilməz. Biz bir daha bildiririk ki, münaqişənin hərbi yolla həlli yoxdur”-deyə bəyanatda qeyd edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti