Peskov Əliyev-Sarkisyan görüşü haqda: `Heç nə deyə bilmərəm`

“Bu barədə hələlik heç nə deyə bilmərəm. Şübhəsiz, Moskva münaqişə zonasında gərginliyin azadılmasına yönələn və münaqişənin siyasi yolla həllinə hesablanan istənilən addımı alqışlayır”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, `TASS` agentliyinin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək. “Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - deyə mənbə vurğulayıb.
Görüşün əsas müzakirə mövsuzu Qarabağ münaişəsinin həlli olacaq.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu bu gün yaydıqları birgə bəyanatda prezidentlərin görüşməsinin vaxtının çatdığını bildiriblər.
“Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb.Cəbhə xəttində zorakılığın davam etdiyi bir vaxtda danışıqlar prosesində heç bir uğur əldə oluna bilməz və danışıqlar olmadan sülhə nail olmaq bilməz. Biz bir daha bildiririk ki, münaqişənin hərbi yolla həlli yoxdur”-deyə bəyanatda qeyd edilib.
Eldar Tanrıverdiyev
AzVision.az