Türkiyədə növbəti partlayış - Yaralılar var

Türkiyədə növbəti partlayış - Yaralılar var
  12 May 2016    Oxunub:1602
Türkiyədə növbəti dəfə partlayış törədilib.
AzVision.az xəbər verir ki, hadisə İstanbulun Osmanqazi prospektində yerləşən hərbi hissənin qarşısında baş verib.

Belə ki, hərbçiləri daşıyan xidməti avtomobil hərbi hissəyə yaxınlaşan zaman yolun kənarında dayanan nəqliyyat vasitəsi partladılıb.

Partlayış nəticəsində biri ağır olmaqla, 5 nəfər yaralanıb. Onların arasında hərbçi yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti