Rusiya XİN-dən Azərbaycana silah satışı ilə bağlı AÇIQLAMA

“Hansısa nüansları tutmaq, sözlərdə iki, yaxud üçqat məna axtarmaq lazım deyil. Siz bilirsiniz ki, Rusiya hərbi-texniki əməkdaşlığı aydın beynəlxalq-hüquqi əsasda aparır”, - deyə, Zaxarova Rusiyanın Azərbaycana silah tədarükü barədə sualı cavablandırıb.
Zaxarova əlavə edib: “Biz Dağlıq Qarabağdakı vəziyyətin çətinliyini gözəl anlayırıq və biz hansı metodların sözdə deyil, işdə vəziyyətin sakitləşməsinə gətirəcəyini başa düşürük. Bura ilk növbədə siyasi-diplomatik tənzimləmə metodları daxildir”.
AzVision.az