Erməni polkovnik ordumuzun vurduğu ağır zərbədən danışdı - VİDEO

Talış kəndində muzdlulara hücum edən pilotsuz həmin gün Azoyanın doqquz dostunu öldürüb, onun özü isə xəstəxanaya yerləşdirilib.
“Əksəriyyət onların başı üzərində şəkil çəkən adi pilotsuzun uçduğunu düşünürdü, ona görə də onun düşməsindən sonra baş verən partlayış və yanğın onlar üçün gözlənilməz olub. Bir neçə nəfər hadisə yerində öldü. Qalanları xəstəxanaya aparılan zaman və ya xəstəxanada dünyasını dəyişdi”, - Azoyan deyib.
Yaralanan işğalçının özü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, dron-kamikadzenin hücumu nəticəsində yaralanan daha iki işğalçı xəstəxanada ölüb.
Azərbaycan ordusu bir dəqiq zərbə ilə düşmən ordusunun doqquz muzdlusunu məhv edib.
Eldar Tanrıverdiyev
AzVision.az