Putin Roqozini Bakıya göndərir

Putin Roqozini Bakıya göndərir
  13 May 2016    Oxunub:2390
Rusiyanın baş nazirin müavini Dmitri Roqozin yenidən Azərbaycana gəlir.

AzVision.az–ın məlumatına görə, bu barədə "İnterfaks" agentiliyi məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Qeyd olunub ki, mayın 17-də baş tutacaq səfər zamanı Dmitri Roqozin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq: “Tərəflər həmçinin Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər”- deyə, etibarlı mənbə qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti