Bu günün havası

Bu günün havası
  23 Fevral 2013    Oxunub:1572
Külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında Fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında Fevralın 23-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti