İrəvanda etiraz - Nazirlərin istefası tələb olunur (FOTOLAR+VİDEO)

İrəvanda etiraz - Nazirlərin istefası tələb olunur (FOTOLAR+VİDEO)
  14 May 2016    Oxunub:4057
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan və onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.

Bundan əlavə nümayişçilər bir neçə tələb irəli sürüblər.



Etirazçılar Qarabağda ölən hər bir hərbçinin ailəsinə dövlət büdcəsindən 30 min dollar, yaralılara isə minimum 5 min dollar məbləğində maliyyə yardımı ayrılması, həmçinin Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması kimi tələblər irəli sürüblər.











AzVision.az


Teqlər:  





Xəbər lenti