Azərbaycan yeni hərbi təyyarələr alır

Azərbaycan yeni hərbi təyyarələr alır
  14 May 2016    Oxunub:6478
Azərbaycan 10 yeni hərbi təyyarə alacaq.

AzVision.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hərbi təyyarələr Ukrayna istehsalıdır.

Ukrayna dövlət müəssisəsi “Antonov” Azərbaycana “An-178” tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı hərbi nəqliyyat təyyarələrindən ikisi Çinə satılacaq.

Nəqliyyat təyyarələrinin Azərbaycana çatdırılma müddəti və müqavilənin detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, “An-178” təyyarəsi “Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır. Yükgötürmə qabiliyyəti 18 ton olan təyyarənin qiyməti 40-70 milyon dollar arasındadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti