Həmyerlimiz NATO-nun baş katibi ilə görüşdü - FOTO

Həmyerlimiz NATO-nun baş katibi ilə görüşdü - FOTO
  14 May 2016    Oxunub:7142
Həmyerlimiz, ABŞ Dəniz Qüvvətlərinin zabiti Jon Naimi Amiral Rumıniyadakı Aegis Aşore Ballistik Raketlərə Qarşı Müdafiə Sisteminin açılış tədbirində iştirak edib.
AzVision.az-ın məlumatına görə, Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsində çalışan Jon Naimi Amiral sistemin açılışında və NATO rəsmilərinin qarşılanma mərasimində iştirak edib.

Sistemin açılış lentini Ruminiya baş naziri və həmyerlimiz kəsib.

Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq, Ruminiyanın baş naziri Dacian Ciolos, ABŞ Müdafiə Nazirinin 1-ci müavini Robert Vork və digər rəsmi şəxslər iştirak edib.

Bu gün isə Jon Naimi Amiral NATO baş katibinin hərbi müşaviri - General Gjermund Eide ilə görüşüb.

Qeyd edək ki, tədbirin əsas təşkilatçılarından biri həmyerlimiz ABŞ Dəniz Qüvvətlərinin zabiti John Naimi Amiraldir.

Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti