`Ana, çəkmələrimi Qarabağ azad olunandan sonra təmizlə` - VİDEO
Ailələrə medalların təqdim olunması Şəkidə hər iki şəhidin 40 mərasimi zamanı baş tutub.
Şəhidlərin ailə üzvləri Vuqar kimi qəhrəman oğullarımızla qürurlandıqlarını bildirdilər.
Şəhid Orxan Hümmətovun anası isə oğlunun bir arzusunu həyata keçirmək üçün Allahdan ömür payı istəyir. Oğlu bir neçə ay əvvəl məzuniyyətə gələrkən öz hərbi çəkmələrini anasına verib, onların üzərində Qarabağ torpağı olduğunu söyləyib və həmin çəkmələri saxlamağı, yalnız torpaqlarımız azad olunandan sonra çəkmələri yumağı xahiş edib.
Uzun müddətdir aviasiyada xidmət edən şəhidin qardaşı Vüsal Hümmətov qardaş itgisinə görə təəsüflənsə də, onun şəhidlik zirvəsinə ucaldığı üçün qürur duyduğunu da bölüşdü. (Ans)
AzVision.az