`Həyat yoldaşım nəyi bacardığını yaxşı bilir` - Klinton

`Həyat yoldaşım nəyi bacardığını yaxşı bilir` - Klinton
  16 May 2016    Oxunub:2123
ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton maraqlı bəyanatla çıxış edib. Hillari bilidirib ki, Birləşmiş ştatların prezindenti seçiləcəyi təqdirdə ölkə iqtisadiyyatının yenilənməsi prosesini Bill Klintona həvalə edəcək.
"Mənim həyat yoldaşım nəyi bacardığını yaxşı bilir. Bunun üçün də iqtisadiyyatın yenidən qurulmasını ona tapşıracağam" - deyən xanım Klinton seçkiqabağı kampaniyalarını davam etdirir.

Namizədin sözlərinə görə, Billin iqtisadi bacarıqlarından kömür sənayesinin dirçəldilməsində istifadə edəcək. Bill Klinton daha öncə diqqətdən kənarda qalmış milli azlıqların məskunlaşdığı zonaların da inkişafına diqqət ayırmalı olacaq.

Qeyd edək ki, Hillari Klinton ABŞ prezidentliyinə ən iddialı namizədlərdəndir. Onun həyat yoldaşı Bill Klinton 1992 - 2000-ci illərdə bu vəzifəni yerinə yetirib. Halhazırda Hillari Klintonun Respublikaçılar partiyasından ən iddialı rəqibi Donald Trampdır. Milyarder D. Trampın tez-tez əsk-səda doğuran çıxışları KİV-lərin əsas müzakirə predmetinə çevrilir.

AzVision.az


Teqlər:





Xəbər lenti