Artur Rasizadə Marqvelaşvili ilə görüşüb

Artur Rasizadə Marqvelaşvili ilə görüşüb
  16 May 2016    Oxunub:2042
Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərinin hazırki durumu və inkişaf perspektivləri, Qərb-Şərq enerji dəhlizinin fəaliyyəti, həmçinin regionda həyata keçirilən enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu deyən Georgi Margvelaşvili baş naziri Artur Rasizadədən salamlarını həmkarı İlham Əliyevə çatdırmasını xahiş edib.

Görüşdə energetika naziri Kaxa Kaladze, Milli Təhlükəsizlik Şurasın sədri İrina İmerlişvili, Dövlət başçısının xarici siyasi münasibətlər üzrə müşaviri Tengiz Pxaladze, Azərbaycan tərəfindən isə energetika naziri Natiq Əliyev, SOCAR-ın rəhbəri Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti