Ermənistan parlamenti `DQR-dan imtina etdi

Ermənistan parlamenti `DQR-dan imtina etdi
  16 May 2016    Oxunub:3181
Ermənistan parlamentinin xarici əlaqələr komissiyası “DQR”in “müstəqilliyi”nin tanınmasını nəzərdə tutan layihənin gündəliyə salınmasına müsbət rəy verməyib.
AzVision.az-ın ermən KİV-lərinə istinadən verdiyi xəbərə görə, komissiya sədri Artak Zakaryan bildirib ki, parlament irəli sürülən qanun layihəsini müzakirə etməyəcək:

“Düşünürəm ki, Qarabağın “müstəqilliyi”nin tanınmasının hələ vaxtı çatmayıb”.

Müzakirələrdə iştirak edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə bildirib ki, İrəvan “DQR”in müstəqillyini tanımır:

“Hökumət müzakirə edilən qanun layihəsinə müsbət rəy verməyib. Hazırda bu kimi addım danışıqlar prosesinə mənfi təsir edə bilər. Çünki, problemin nizamlanması üçün ilk növbədə münaqişə tərəfləri arasında stabil atəşkəsə əməl edilməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti