Erməni hərbçi bıçaqlanaraq öldürüldü

Erməni hərbçi bıçaqlanaraq öldürüldü
  16 May 2016    Oxunub:2824
Ermənistanın Naxçıvanla sərhəddə yerləşən Keşişkənd rayonunda (Yexeqnadzor) ötən gün axşam saatlarında 25 yaşlı erməni hərbçi Samvel Ovakimyan öldürülüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata görə, axşam saat 23:15 radələrində qarın nahiyəsindən aldığı bıçaq yarası ilə 26 Surik A, döş qəfəsi nahiyəsindən yaralanan 23 yaşlı Lyudviq Q xəstəxanaya yerləşdirlib.

Yaralı vəziyyətdə xəstəxanaya gətirilən 25 yaşlı hərbçi Samvel Ovakimyanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb. İlkin məlumata əsasən, hərbçi kütləvi dava zamanı bıçaqlanıb.

Faktla bağlı Ermənistanın Müdafiə Nazirliyi araşdırma aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti