Putin 200 nəfərlik davanı nəzarətə götürdü - VİDEO

Peskovun sözlərinə görə, 200 nəfərdən çox insanın iştirak etdiyi dava ilə bağlı Putinə təcili məlumat verilib. Ölkə rəhbəri bu məsələsini nəzarətdə saxlayaraq, lazımı tapşırıqlarını verib.
Qeyd edək ki, mayın 14-ü Moskvada yerləşən qəbristanlıqların birində kütləvi dava baş verib. Kütləvi davada iştirak edən 50 nəfər saxlanılıb. Davada 200 nəfərin iştirak etdiyi bildirilib.
Davanın Orta Asiya respublikalarından olan vətəndaşlarla qafqazlılar arasında baş verdiyi məlum olub.
Səbəb kimi Xovan qəbiristanlığında xidmət ərazilərinin bölünməsi ilə bağlı yaranmış ziddiyyət göstərilir.
“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, iki nəfər ölüb.
Eldar Tanrıverdiyev
AzVision.az