`Prezidentlər atəşkəs barədə razılığa gəldilər` - Lavrov (VİDEO)

`Prezidentlər atəşkəs barədə razılığa gəldilər` - Lavrov (VİDEO)
  17 May 2016    Oxunub:20547
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Vyanada keçirilən görüşünün yekununda Dağlıq Qarabağda atəşkəsin əldə edilməsinin zəruri olduğu barədə razılığa gəliblər.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezidentlərin Vyanada keçirilən görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

Lavrov qeyd edib ki, Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.

Rusiyalı nazir qeyd edib ki, Ermənistan və Azərbaycan güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti