Rəsmi Paris Vyana görüşünün nəticələrini alqışlayır

Rəsmi Paris Vyana görüşünün nəticələrini alqışlayır
  17 May 2016    Oxunub:2019
Fransa rəhbərliyi Vyanada Dağlıq Qarabağ üzrə beynəlxalq görüşün nəticələrini alqışlayır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa XİN-in rəsmi nümayəndəsi Roman Nadal bildirib.

“Fransa mayın 16-da Vyanada 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan arasında baş verən qanlı döyüşlərdən sonra dialoqun bərpasına imkan verən Vyana görüşünün nəticələrini alqışlayır”, - deyə Nadal bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri görüşün gedişi zamanı atəşkəs rejiminə riayət edəcəklərinə dair razılığa gəlib və münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını bəyan ediblər.

“Bu razılaşmalar böyük əhəmiyyətə malikdir. Fransa tərəfləri onlara riayət etməyə çağırır və Rusiya və Amerikadan olan tərəfdaşlarla birgə ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanmasında rol oynayacaq”, - deyə XİN bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti