ATƏT sədri Qarabağla bağlı bəyanat yaydı

“Mən son itkilərə görə təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl tərəf çağırıram. Bu mənada Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmkarlarımın təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam”.
ATƏT sədri daha sonra qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə israrlıdır: "Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq.
Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları dalandan çıxmaq üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir".
AzVision.az