İraqda dəhşətli terror - 80 nəfər öldü

Bundan bir qədər sonra şiələrin yaşadığı Madinat-Sadr bölgəsində daha iki partlayış törədilib. Onların birində azı 19 iraqlı ölüb. Digər hücum isə Həbibiyyə rayonundakı restorana edilib. Ölənlərin və xəsarət alanların olduğu bildirilsə də, onların sayı hələ ki, dəqiqləşməyib.
Partlayışlarla əlaqədar güc strukturlarının paytaxtda və onun ətrafında dislokasiya olunan hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Hücumlara gərə məsuliyyəti İŞİD qruplaşmasının üzərinə götürdüyü bildirilir.
Xatırladaq ki, İŞİD terror qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Paytaxt Bağdad şəhərində və qonşu rayonlarda mütəmadi partlayışlar törədilir, nəticədə dinc insanlar və güc strukturlarının əməkdaşları həyatını itirir. Mayın 11-də İraqın paytaxtında törədilən silsilə partlayışlar nəticəsində 100-ə yaxın insan həyatını itirmiş və 150-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
Bu arada Əl-Cəzirə telekanalı paytaxtdan qərbdə yerləşən Ənbar əyalətində baş verən hücumlar nəticəsində azı 13 polis əməkdaşının həlak olduğu barədə xəbər yayıb. (Azərtac)
AzVision.az
Teqlər: