Vyana görüşü Tomas de Vallı niyə təəccübləndirdi?

“Nəticələr mənim gözləntilərimi aşdı. 1995-ci ildən bəri ilk dəfə səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın möhkəmləndirilməsi təklifi qəbul edildi. Nə nəhayət insidentlərin araşdırılması mexanizminə dair 2011-ci ildə Rusiya prezidenti Medvedyevin verdiyi təklifə dair razılaşma əldə olundu”-eksert yazıb.
Tomas de Vall qeyd edib ki, Fransanın itkin düşmüş şəxslərə dair təkliflərinin razılaşdırılmasında da proqress müşahidə edilir. “Hələ çox iş görmək lazımdır, ancaq bu, yaxşı başlanğıcdır”-ekspert yazıb.
Azərbaycan tərəfi hələlik Vyana görüşünün nəticələrinə dair heç bir şərh vermir. Rəsmi Bakı indiyədək insidentlərin araşdırılması mexanizminə sərt şəkildə qarşı çıxırdı və bunu təmas xəttində status-kvonu saxlamağa hesablanmış təklif kimi qiymətləndirirdi. Vyana görüşündə əldə edilmiş razılaşmaya əsasən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisinin mandatı genişləndiriləcək, onun səhra köməkçilərinin sayı artırılacaq. Eyni zamanda təmas xəttində atəşkəsin pozulması hallarını qeydə almaq üçün xüsusi avadanlıqlar yerləşdiriləcək.
AzVision.az