Əliyev və Sarkisyan siyasi iradə nümayiş etdirdi - Con Kirbi

Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bölgədə yaşayan əhaliyə faydalı ola biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdiriblər. Kirbi qeyd edib ki, ABŞ tərəflərə dəstək verməyə hazırdır.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi görüşün çox müsbət və düzgün istiqamətdə atılmış bir addım olduğunu vurğulayıb: “İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: