TAP Azərbaycanı gücləndirəcək – Dövlət Departamenti

TAP Azərbaycanı gücləndirəcək – Dövlət Departamenti
  18 May 2016    Oxunub:2273
ABŞ Trans Adratik qaz boru kəmərinin (TAP) inşasına başlanılmasını alqışlayır.
AzVision.az xəbər verir ki, bunu brifinq zamanı ABŞ dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Daha əvvəl də bəyan etdiyimiz kimi biz, enerji təhlükəsizliyini gücləndirəcək və regionda sabitlik, əmin-amanlığa imkan verəcək enerji resurslarının Avropa qitəsinə tədarükünün şaxələndirilməsi ideyasına sadiqik”, - deyə Kirbi vurğulayıb.

Kirbi əlavə edib ki, ABŞ Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya iqtisadiyyatlarını möhkəmləndirəcək bu layihənin reallaşdırılmasını izləməyi davam etdirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti