Almanlar Ərdoğanı Hitlerə bənzətdilər - FOTO

Məlumata əsasən rəssamlar türk liderin portretinə Hitlerin xarakterik cəhətlərini – bığ və nasist sarğısını əlavə ediblər. Şəkillə yanaşı səfirliyin binasının üzərində “O, geri qayıtdı” ifadəsi də yer alıb. Şəkil binanın üzərinə proektor vasitəsilə əks olunub.
Xəbərə görə, şəkil Almaniyanın “Pixel Helper” aktivist qrupu tərəfindən hazırlanıb.
Onlar bu aksiya ilə Türkiyədə həbs olunan iki jurnalistə dəstək olduqlarını göstərmək istəyiblər.
“Biz, almanlar diktaturanın ilkin vaxtlarında nələrin baş verdiyini yaxşı bilirik. Nasist rejimi və Ərdoğan Türkiyəsi arasında hazırki oxşarlıq insanı qorxudur”, - deyə qrup üzvlərindən biri Oliver Bienkovski bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az