Azərbaycan və Ermənistana şahmat oyunu təklif edilir - Sarkisyan razılaşıb

AzVision.az xəbər verir ki, o, şahmatın qarşılıqlı anlaşmaya, təşviqə səbəb olduğunu xatırladıb.
İlyumjinov ilk olaraq belə bir təkliflə Ermənistan prezidenti Serj Sarkisyana müraciət edib. Onun sözlərinə görə, Sarkisyan bu təklifi qəbul edib.
“Mayın 24-də Azərbaycan rəhbərliyi ilə görüşəcəyəm və orada Azərbaycan-Ermənistanın kollektiv şahmat oyununu nəzərdə tutan təklifi səsləndirəcəyəm. Bu təklifə əsasən istənilən şəxs internet üzərindən gediş etməklə kollektiv oyunda iştirak edə biləcək”,- deyə FİDE prezidenti “Sputinik Armeniya” radiosuna bildirib.
Şahmatın münaqişə tərəfləri arasında sülhün əldə olunmasına yardım etməsi barədə sualı cavablandıran İlyumjinov bildirib: “Bütün məsələlər sülh yolu ilə şahmat taxtasının ətrafında həll olunmalıdır: “Bu xalqlar arasında qarşılıqlı inamın yaranmasına səbəb ola bilər. Qədim yunanlar Olimpiya oyunları keçirdikləri zaman bütün müharibələr dayanardı. Ümid edirəm ki, Ümumdünya Şahmat Olimpiyadası zamanı şahmatçılar 100-dən artıq silahlı münaqişələrin olduğu dünyaya sülh və dostluq şəraitində yaşamağın mümkün olduğunu göstərəcəklər”.
Qeyd edək ki, növbəti şahmat Olimpiyadası 1-14 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az