Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd edib, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

İki gün davam edən tədbirdə Avropa Şurasının ekspertləri Nicole Voorhuis, Jonathan Fisher və Cedric Bourgeois tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, istintaq sövdələşməsi institutunun ölkəmizdə tətbiqi yolları barədə təqdimatlar həyata keçirilib.
Qarşılıqlı müzakirə formatında baş tutan tədbirlərdə çirkli pulların yuyulmasına qarşı mübarizə və istintaq sövdələşməsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilib.
Azərbaycan Respublikasının prokurorluq orqanları bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
AzVision.az