Rusiyada 2 azərbaycanlıya ömürlük həbs verildi

Məlumata əsasən 2009-cu ildə Azad Məmmədov cinayətkar dəstə yaradaraq 4 il ərzində çoxsaylı qətl və mənzil mənimsəmələri törətməsi məhkəmə tərəfindən sübuta yetirilib. Onun qurbanları əsasən kasıblar, xəstələr, əyyaşlar olub.
Məhkəmə dəstənin digər üzvləri Həmid Cahangirov, Saidmahmud Abrorov, Yelena Yakimova, Mariya Razumova, İrina Kritskaya, İbrahim və Elçin Məmmədov barəsində 4 ildən 17 ilədək hökm çıxarıb.
Eldar Tanrıverdiyev
AzVision.az