`Biz çox gecikmişik` - `Deputat şikayətləndi

Deputat bildirib ki, bu qanunun uzun müddətdən bəri müzakirələrə təqdim olunmasını ləngidənlər, onu gecikdirənlər məsuliyyət hissini itiriblər: “Bu gün bir nömrəli məsələ kənd təsərrüfatı, bir nömrəli qanun da bu qanundur. Qazdan, neftdən sonra kənd təsərrüfatı kooperasiyasıdır. Bildiyiniz kimi, cənab Prezident çıxışında dedi ki, qaz yoxdur, neft yoxdur, bunları artıq unudun. Ona görə bu gün ən vacib sahə kənd təsərrüfatı, kooperasiyalardır. Bu, çoxdan olmalıydı, bunun tezliklə qəbuluna ciddi ehtiyac var" - deyə deputat vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az