Rusiyadan Çavuşoğluna: `İstefaya yox, həbsxanaya gedin`

“KİV: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin İŞİD-lə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bəyan edib.
Bunu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulandan sonra etmək lazım idi. İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər”-deyə o, yazıb.
Qeyd edək ki, ötən gün M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov haqqında : “Cənab Lavrov, siz ciddi diplomat və bu iclasın iştirakçıları arasında ən təcrübəlisiniz. Əgər Rusiyanın İŞİD-in Türkiyə tərəfindən dəstəkləndyinə dair heç olmasa bir sübutu varsa, mən istefa verməyə hazıram. Əgər yoxdursa, o zaman siz ömrünüzün sonuna qədər Antalyada qonaq olacaqsınız”- demişdi.
İlkin Nəcəfzadə
AzVision.az