Bakıda xeyriyyə sərgisi və konserti keçiriləcək

Sərgi Arts Council Azərbaycan, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi, Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”la birgə bir qrup rəssamın təşəbbüsü ilə başlayan xeyriyyə tədbirləri çərçivəsində təşkil olunur.
Anar Hüseynzadə və digər rəssamlar öz əsərlərində Bakı küçələrindəki heyvanların vəziyyətini ifadə edirlər.
Mayın 20-də isə "Kapellhaus"da Jazz/Dünya Musiqi konserti olacaq. İstedadlı ifaçı Nərmin Kərimbəyova, (Səs Azərbaycan yarışmasının ulduzu) xarizmatik klassik skripkaçı Aleksandra Vydria və Bakıda yaxşı tanınan pianoçu İlqar Əliyev birgə çıxış edəcəklər.
Yerlərin sayının məhdud olduğundan biletlər yalnız təşkilatçılardan əldə oluna bilər.
Layihə çərçivəsində Aİ nümayəndəliyi həftə sonu, 21-22 may tarixlərində uşaqlar üçün “Ətrafını kəşf et” rəsm müsabiqəsi keçirir. Bu müsabiqə ictimaiyyət üçün açıqdır.
Eldar Tanrıverdiyev
AzVision.az