Tramp Koreya liderini ağıllandıracaq

“Mən onunla danışaram. Heç bir problem yoxdur”, - deyə Tramp Koreya liderini ağıllandırmağa cəhd edəcəyini bildirib. Onun sözlərinə görə, görüşün mövzusu Şimali Koreyanın nüvə silahından azad olunması olacaq.
Tramp, həmçinin bildirib ki, o, Pxenyana təsir etmək üçün Çinə təzyiq göstərmək niyyətindədir: “Mən Çinə güclü təzyiq göstərəcəm. Çünki iqtisadi cəhətdən bizim onlara çox böyük təsir gücümüz var. Onlar bu problemi bir görüş və ya telefon vasitəsilə həll edə bilərlər”, - deyə siyasətçi bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az