Poroşenko özünü “Krım tatarı” adlandırdı

“Bu gün bizim böyük həmrəylik günümüzdür. Mən-Krım tatarıyam”, - deyə P.Poroşenko bəyan edib.
Prezident qeyd edib ki, “deportasiya olunanlarla bağlı sənədləri oxuyarkən, onların hansı müsibətlərdən keçdiyini görəndə, az qalır adamın damarlarında qanı donsun”.
Xatırladaq ki, 1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar - bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub.
2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra tatarların hüquqları yenidən pozulmağa başlayıb və minlərlə insan Vətənini tərk etmək məcburiyyətində qalıb
Xatirə günü isə Krım Ali Sovetinin qərarı ilə 1994-cü ildə təsis olunub. (virtualaz.org)
Teqlər: