EgyptAir: `İtən təyyarədə azərbaycanlılar olmayıb`

Məlumata əsasən, təyyarənin göyərtəsində 30 Misir, 15 Fransa, 2 İraq və Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.
Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş həyata keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: