Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb – ABŞ rəsmisi

Onun sözlərinə görə, təyyarə mayın 18-də yerli vaxtla saat 2:30-da havaya qalxarkən qanadlarından biri uçuş zolağına sürtünüb.
ABŞ rəsmisi əlavə edib ki, “SilkWay” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, Helmand vilayətində Kamp Duayer hərbi aerodromundan havaya qalxan zaman təyyarənin göyərtəsində 9 nəfər olub. Qəza nəticəsində sağ qalan 2 nəfər tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib.
Qeyd edək ki, ötən gün Azərbaycana məxsus olan AN-12 tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra qəzaya düşüb. Hadisə nəticəsində ekipaj üzvlərindən 2 nəfər ağır yaralanıb, digər üzvlər isə həlak olub.
Eldar Tanrıverdiyev
AzVision.az