Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb – ABŞ rəsmisi

Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb – ABŞ rəsmisi
  19 May 2016    Oxunub:2433
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb.
AzVision.az“Associated Press”ə istinadən xəbər verir ki, bunu Əfqanıstandakı ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, təyyarə mayın 18-də yerli vaxtla saat 2:30-da havaya qalxarkən qanadlarından biri uçuş zolağına sürtünüb.

ABŞ rəsmisi əlavə edib ki, “SilkWay” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, Helmand vilayətində Kamp Duayer hərbi aerodromundan havaya qalxan zaman təyyarənin göyərtəsində 9 nəfər olub. Qəza nəticəsində sağ qalan 2 nəfər tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib.

Qeyd edək ki, ötən gün Azərbaycana məxsus olan AN-12 tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra qəzaya düşüb. Hadisə nəticəsində ekipaj üzvlərindən 2 nəfər ağır yaralanıb, digər üzvlər isə həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti