66 nəfərin yoxa çıxdığı təyyarə vurulub? - Terror ehtimalı

Terror aktı ehtimalı barədə danışan ekspert, mülki aviasiyanın pilotu Jerar Felzer deyib ki, təyyarə göydə parçalanıb:
“Ehtimal ki, təyyarə səmada tez parçalanıb. Bu, texniki və ya partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verə bilər. Partlayıcı qurğu isə sərnişinlər üçün gətirilən qida məhsullarının içərisində təyyarənin göyərtəsinə keçirilə bilər”.
Bundan başqa qeyd olunub ki, “EgyptAir” şirkəti üç istiqamət üzrə baş verə biləcək təxribatın qarşısını almaq üçün gücləndirilmiş iş rejimində işləyib.
Qeyd edək ki, Misir sərnişin təyyarəsi Parisin “Charles de Gauelle” aeroportundan havaya qalxıb. Təyyarənin göyərtəsində 56 sərnişin olmaqla, 66 nəfər olub. Təyyarə Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğrayıb.
İlkin Nəcəfzadə
AzVision.az