
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın və Rusiyanın parlamentləri arasında əlaqələrin inkişafından danışaraq bildirdi ki, ölkələrimizin prezidentlərinin səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb, nümayəndə heyətlərimizin səfərləri zamanı 200-dən çox sənəd imzalanıb, daha 51 sənəd isə imzalanmağa hazırlanır.
Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə Milli Məclisin müşahidəçilər qrupunun yaxından iştirak edəcəyini söyləyən Oqtay Əsədov vurğuladı ki, Azərbaycanın Rusiyadakı böyük diasporunun nümayəndələri daim Rusiya dövlətçiliyini dəstəkləyib, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfələrini veriblər.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
AzVision.az