Azərbaycanın dostu İsrailin müdafiə naziri ola bilər

Onun sözlərinə görə, danışıqları şənbə gününədək başa çatdırmaq planlaşdırılır və bununla bağlı böyük nikbinlik var, çünki əsas bəndlər üzrə razılaşmalar əldə olunub.
Yekun razılaşma əldə olunsa, gələn həftə Knessetin ilk iş günündə A.Liberman İsarilin yeni müdafiə naziri elan ediləcək.
"İsrail-Azərbaycan" beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak bildirib ki, Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyinatı üzrə danışıqlar uğurla başa çatsa, bu həm İsrailə, həm də Azərbaycana fayda gətirəcək.
L.Spivakın fikrincə, A.Liberman bu vəzifədə müdafiə sahəsində deyil, xarici və strateji siyasətdə, xüsusilə İsrailin region ölkələri ilə qarşılıqlı əlaqələrində böyük təcrübəyə malik insan kimi böyük fayda verəcək: "Azərbaycan üçün də fayda görürəm. Liberman əvvəlcədən Azərbaycanla sıx əlaqələr qurmağa və möhkəmləndirməyə başlayan siyasətçi olub. Onun sayəsində hazırda iki ölkənin belə yüksək səviyyəli əməkdaşlığı var, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində".
Qeyd edək ki, Liberman 2013-2015-ci illərdə İsrailin xarici işlər naziri olub. O, Azərbaycanın İsraildə əsas tərəfdaşlarından hesab olunur.
AzVision.az
Teqlər: