Medvedyev Sarkisyanın iqamətgahında - FOTO

“Sarkisyan və Medvedyev arasında tet-a-tet söhbət olub. Birazdan Ermənistan Prezident Administrasiyası görüşün detallarını açıqlayacaq”, - deyə Nikoqosyan yazıb.
Qeyd edək ki, mayın 20-i Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək.
Məlumata əsasən, belə görüşlər adətən, hər üç aydan bir keçirilir. İrəvanda bu gün keçiriləcək iclasın Avrasiya İqtisadi Birliyinin sayca beşinci iclasıdır.
Qeyd edək ki, cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılmışdır, lakin aprelin 13-də Moskvada baş tutub. Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: