`Azərbaycan Qarabağı öz xeyrinə həll edəcək` - Emrəni deputat

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu “İrs” partiyasının deputatı Zauri Postancyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hərbi kampaniyanı yekunlaşdırmağa hazır olmayıb və verilən tapşırığa əsasən Baş Qərargah rəisi danışıqları üçün Rusiyaya gedib: “Serj Sarkisyanın dediyi kimi 800 hektar ərazini verəndə biz Dağlıq Qarabağın şəhər və kəndlərini, öz təhlükəsizliyimizi təhlükə altına qoyuruq”.
Deputatın sözlərinə görə, hazırda Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzvlüklə “hədələyir” və bundan sonra o, Qarabağ problemini öz xeyrinə həll edəcək: “Bizim məqsədimiz torpaqlarımızı və tarixi vətənimizi azad etməkdir. Nəyin bahasına olursa, olsun, irəli getmək və orada möhkəmlənmək lazımdır”.
Eldar Tanrıverdiyev
AzVision.az