Qarabağa sühlməramlılar yerləşdirilə bilər

Qarabağa sühlməramlılar yerləşdirilə bilər
  20 May 2016    Oxunub:3700
“Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsidir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib. O, fikrini belə davam edib:

“ATƏT-in Minsk Qrupununun həmsədr dövləti olan Rusiya birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır”.

Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə A. Pavlovskiy deyib ki, bu məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edildikdə ilkin mərhələdə sülhməramlı qüvvələr bu ərazidə yerləşdirilə bilər. Bu məsələdə qabağa qaçmağa ehtiyac yoxdur, bu məsələyə aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazımdır”.

Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın “DQR”in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyini vurğulayıb: “Heç kim rəsmən bu cür təklif irəli sürməyib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti