Medvedyev İrəvanda Qarabağdan danışdı: `Köməyə hazırıq`

Medvedyev vurğulayıb ki, Qarabağla bağlı əldə edilən razılığı qorumaq vacibdir: "Biz indi sizinlə bu məsələ ilə bağlı hər şeyi müzakirə edəcəyik. Vyana görüşü zamanı Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə olunub. Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Regionda sülh və sabitliyin qorunması üçün əlimizdən gələni edəcəyik”.
Eldar Tanrıverdiyev
AzVision.az