Sarkisyan Qarabağ üçün `Cinayətkarlar ordusu` yaradır

Qəzet xatırladır ki, Ermənistan prezidenti Serj Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib.
Əfv olunanlardan 6-sı hərbçidir, hətta onların zabit rütbələri də olub.
Sarkisyana əfv üçün müraciət edənlərdən biri ehtiyatda olan polkovnik, Qarabağ müharibəsində məşhurlaşan səhra komandirlərdən biri Vladimir Avetisyandır.
“Vardaşen” həbsxanasından qəzetə verilən məlumata görə, Qeqam Qabrielyan, Aşot Vardanyan, Armen Kazaryan, Zaven Naladyan, Artur Adamyan və Qraç Aleksanyan azadlığa buraxılıb və onlar Qarabağa göndəriliblər.
Eldar Tanrıverdiyev
AzVision.az