Abxaziyadakı erməni vəhşilikləri - Gürcü şahidlərin dedikləri

Abxaziyadakı erməni vəhşilikləri - Gürcü şahidlərin dedikləri
  20 May 2016    Oxunub:18201
Yazının əvvəlini BURADAN oxuyun

...Qaqrada yaradılan “Hay fidain” adlı təxribatçı dəstəyə Vağarşak Kosyan və onun qardaşı, sonradan seperatçı rejimin “qəhrəmanı” adına layiq görülən Aşot başçılıq edirdi. İlk əməliyyatları donuz fermasına edilən hücumla başlayan dəstə mərkəzi qərargahını internat məktəbində qurdu.


Seperatçılarla birgə Qaqraya hücum edən dəstə bu əməliyyat zamanı gürcülərdən qalan silahları ələ keçirmək ümidində idi. Müxtəlif məlumatlara görə, gecə yığıncağında dəstənin vahid liderliyinə Vağarşak təyin edilir. Erməni dəstəsi şəhərdəki evlərə daxil olaraq gürcüləri elə yerlərindəcə öldürür. Məsələn, Karen Şişmanyan iki gürcü polisini evində öldürərək, onlardan avtomatı, qumbara və hərbi sursat ələ edib. Vağarşakın ortançıl qardaşı Aşot isə, erməniyə xas olan plan hazırlayaraq əsl erməni döyüş taktikasını sübut edib.

Belə ki, Aşot üç litirlik balonda çox güclü çaça (gürcü içkisi) və “ot” götürərək, altı gürcü mühafizəçi olan evə daxil olur. Gürcülər erməni “qonaqlığına” aldanaraq, “otu” bütünlükdə çəkirlər. Sərxoş və uyuşturulmuş döyüşçülər yatdıqdan sonra Aşot onları öldürür.

Beləliklə, Aşotun xüsusi “ot” taktikası ilə, 6 nəfər gürcünü yatarkən öldürməsini ermənilər fəxrlə Abxaziyada müstəqil erməni bölməsinin yaradılması kimi təbliğ edirlər. Hər iki qrupun etdiyi hücumlar zamanı Vağarşak daha altı avtomat, xeyli qumbara və patron ələ keçirdi. Nəticədə, erməni tağımı formalaşdıran Vağarşak erməni batalyonuna qoşuldu.



Qaqranın alınması isə seperatçılar üçün həyati əhəmiyyətə malik idi. Buna görə də, seperatçılar tərəfində iştirak edən rus təlimatçılar Qaqranın ələ keçirilməsini daha çox önə çəkirdi. Belə ki, oktyabrın 1-də seperatçı qüvvələr hücum əməliyyatlarına başladı. Ruslardan alınan ağır nəqliyyat vasitələri şəhərdə ermənilərin sıx yaşadığı bölgələrə daxil oldular. Oktyabrın 2-də Qaqra işğal edildi və gürcü qüvvələri şəhərdən çıxarıldı. Onlara Qaqranın erməni əhalisindən rəhbər təyin edildi. Bundan sonra, Qaqranın bütün erməni əhalisi abxazlarla gürcülərə qarşı döyüşməyə başladı. Rəsmi gürcü mənbələrinə görə, həmin döyüşlər zamanı 429 nəfər mülki sakin öldürüldü.

Qarətçi döyüşlərdə qaqralılarla yanaşı Eşer və Qumist (Suximi rayonunun abxazlarda qalan hissələrin əhalisi) erməniləri də mühüm rol oynayıblar. 5 oktyabrda isə, Qandiati-Leselidze sektorları tutuldu. Şəhərin almasından sonra, ermənilər gürcü əhalisinə qarşı amansızlıqla hücuma keçdilər.

Şahid Sulaya Lali Qrişayevna: “Mənim kəndimdə, təxminən oktyabrın 10-12-də ermənilər mənim azyaşlı qonşularım Q.J. , N.K. -nı, onların 80 yaşlı nənələrini zorladılar, sonra onları öldürdülər və atanı həyat yoldaşı, uşaqları və anasını dəfn etməyə məcbur etdilər, özünü isə sağ qoydular…”

Qaqranın seperatçılar tərəfindən tutulmasından sonra, ermənilərin də təşkilatlanması sürətlənir. Ermənilər təxribatçı dəstələr formasından çıxaraq, qrup və bölmələr şəklində cəmləşməyə başlayır.



“...Zaman göstərdi ki, bu tərkibdə -ayrı dəstə şəklində yox- vahid bölmə şəklində qruplar daha səmərəli fəalliyyət göstərəcək. Əvvəlcə bölüylər yaradıldı- Sixaruli sovxozundan olan Qaqra bölüyü, sonra bizim Mexadır bölüyü...Dəqiq tarix deyə bilmərəm, lakin bizim bölük noyabr ya da dekabr ayında yaranıb”. – deyə Vağarşak Kosyan bildirir.

Araşdırmalara görə, Qaqra seperatçılar tərəfindən tutlduqdan sonra, Tsandripşa bölüyü yaradılıb. Mexadır bölüyü, rəhbəri Gennadi Çanba olan birinci Qaqra batalyonun tabeçiliyinə daxil olub. Sixarul bölüyü də öz növbəsində, Qaqra batalyonlarının birinin tərkibinə qatılıb. Böyük erməni qruplaşması isə, Salma kəndindən olan tağımdan yaradılıb. Nəticədə, çoxlu silahlı ermənilərin gəlməsi ilə tağımlar genişlənərək böyük bölüklərə çevrilməyə başlayıb.

Bu haqda Vağarşak Kosyan bildirir: “...Faktdır ki, qısa müddət ərzində Qaqra rayonu azad edildikdən sonra, erməni millətindən olan hərbi hissələr yaradıldı. Мexadr və Salma kəndi iki bölük qurdu, Baranovka – tağımı, Xaşupse– tağımı. Batalyonun qalan hissəsi digər kəndlərdən artırıldı.”



Araşdırmalara görə, artıq noyabr ayında, məsələn, Sarkis Karekyanın başçılıq etdiyi Salmensk qrupu Qumist cəbhəsində ilk döyüş vəzifəsinə başlayıb. Salmensk qrupuna gürcü sivil əhalisinə qarşı xüsusi qəddarlığı ilə seçilən aşağıdakı təxribatçı ermənilər daxil olub: Koçkonyan Armen, Karagözyan Karpo, Muselmyan Qrişa, Eksuzyan Gevorq, Teknedjyan Robik, Andrey qardaşları, Karpo Maqaryan, Matosyan Hakob, Gülyan Aşot, Stefandi Vitali və s.
Şahid Birkaya Anzor Petroviç: “Gürcülərin məhv edilməsində yerli, həmçinin gəlmə ermənilər böyük rol oynayırdılar. Bildiyimiz kimi, qatillər arasında altı erməni batalyonu vardı. Onlar heç kimə aman vermirdilər”.


Qaqra rayonunun Bzıp bölgəsindən, yığıncaq təşkilatçısı olan, Matulyan Nubar Qrantoviç, V. Trapizonyan, A. Sevoyan, A. Kundakçyan da birbaşa gürcü qoşunlarına qarşı təşkilatlanmaq qərarına gəldilər. Belə ki, Qaqra və rayonun işğal edilməsindən sonra, kəndə Gevork Markaryan adlı şəxs gələrək yaradılacaq batalyon üçün çağırışlara başlayıb.

Toplantı zamanı 90-100 nəfərdən ibarət dəstə bir araya gətirildi. Matulyan tezliklə bölmə komissarı, Aslanyan Vano, Stepanyan Petros, Krbaşyan Uksen tağım komandiri vəzifəsinə təyin edildi. Bölmə Qaqra qarnizonu tərkibinə qatıldı və hazırlıq təlim müddətindən sonra Qumist Nijneyeşersk rayonu xəttində, Verxneyeşersk avtomobil körpüsündə təxribat əməliyyatları həyata keçirməyə başladı.



Beləliklə, araşdırmalar göstərri ki, Vağarşak Kosyanın dəstəsi kimi bir çox dəstələr müharibə zamanı seperatçılarla geniş əlaqələr qura bilib. Mexadrdan Nşan Karagözyan, Eduard Melkonyan, Salmadan Sarkis Karekyan, Xapuşsedən Karapet Raqanyan, Tsandripş qəsəbəsindən Sergey Zabelyan kimi dəstə komandirləri bu tipli əlaqələri daha çox yaradanlar olub. Qısa müddətdən sonra, Vağarşakın dəstəsi, eləcə də yuxarıda qeyd olunan qruplar, seperatçı Gennadi Çanbanın əmrinə əsasən birinci Qaqra batalyonuna daxil olub. Daha sonra, Vağarşak Kosyan bölmə komandiri, onun qardaşı Aşot isə bölmənin tağım komandiri təyin edilib. Bu müddət ərzində batalyona komandanlığı isə Camal Çirikbaya adlı şəxs edib.

Beləliklə seperatçı qüvvələr daxilində Gürcüstana qarşı sıx birləşən həm erməni hərbi birləşmələri, həm də erməni əhalisi Erməni Baqramyan batalyonlarının real konturlarını formalaşdırmağa başladı. Özü də əksəriyyəti Gürcüstan vətəndaşlığını daşıyan erməni sakinləri ilə.. Artıq bu, gürcü çörəyini kəsib onu abxaza yedirən ermənlərin açıq-aşkar xəyanətindən başqa bir şey hasab edilə bilməz!..

Şahin QOCAYEV

AzVision.az üçün


Teqlər:  





Xəbər lenti