Ərdoğan cümə namazında Quran oxudu
Trabzon hava limanında onu gözləyən xalqa xitab edib. Rizə hava limanına helikopteri enər-enməz isə prezident məscidə gedib.
Çoşğulu qarşılama mərasimindən sonra cümə namazından öncə şəhidləri anma mərasimi keçirilib. Mövludda prezident özü də Qurani Kərimdən bir surə oxuyub. O, avazla Əli-İmran surəsini səsləndirib.
Ərdoğanın Quran oxumasını dinləmək üçün məscidə yüzlərlə insan gəlib. Onların bəziləri prezidentin avazı qarşısında göz yaşlarını saxlaya bilməyiblər.