Moskvada gömrük rəisi azərbaycanlılara görə tutuldu

AzVision.az xəbər verir ki, buna səbəb gömrük rəisinin azərbaycanlı və türklərlə əlbir olaraq qaçaqmalçılıq malları əl yükü adı altında qanunsuz olaraq Rusiya ərazisinə keçirmələri olub.
İstintaqla müəyyən edilib ki, Azərbaycan və Türkiyə vətəndaşları Vnukovo gömrüyünün əməkdaşları ilə əlbir olaraq qaçaqmalçılıq malları əl yükü adı altında Türkiyədən Rusiya ərazisinə keçiriblər. Yükü aparanlar “qırmızı dəhliz”dən keçmək yerinə “yaşıl dəhliz”dən keçirmişlər.
Qeyd olunub ki, hər ay 30 tona yaxın mal bu cür qanunsuz yolla gömrükdən keçərək Rusiya ərazisinə daxil olub.
Artıq Moskvanın Meşşanski rayon məhkəməsi Vnukova hava limanının gömrük postunun rəisi Vyaçeslav Latskini vəzifə səlahiyyətlərini aşdığına görə onun saxlanılması barədə qərar qəbul edib.
AzVision.az